Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutunda israilli alimin məruzəsi dinlənilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda israilli alimin məruzəsi dinlənilib

Dekabrın 10-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Yakubovun “Hilbert və Banax fəzalarında elliptik diferensial-operator məsələləri üzrə son tədqiqatlar” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə Hilbert və Banax fəzalarında ikinci, dördüncü və daha yüksək tərtibli elliptik differensial operator tənlikləri üçün sərhəd məsələləri üzrə son nəticələr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, izomorfizm haqqında nəticələr, həllərin qiymətləndirilməsi, spektrin diskretliyi və köklü vektorlar sisteminin tamlığı alınmışdır.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırlıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: