Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.10.2020 14:58
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun alimindən ordumuza dəstək

Arxeologiya və Etnoqrafiya İnstitutunun alimindən ordumuza dəstək

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında vətənimizin işğal edilmiş torpaqlarının azadlığı uğrunda aparılan hərbi əməliyyatlar fonunda sıravi vətəndaşlarımızın müzəffər Milli Ordumuza yardımı - xalqımızın yüksək vətənpərvərlik ruhunu və qələbə əzmini nümayiş etdirməkdədir.

Hər bir vətəndaşımızın arxa cəbhədə xalqımızın haqq işinə töhfəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında xalqımızın birliyinin, ordumuza dəstəyin və qələbəyə inamın təkzibedilməz göstəricisidir.

Belə ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Malik Əliyev 16 min 60 manat məbləğində şəxsi vəsaiti hesabına müzəffər ordumuza yardım edib. Malik Əliyev ordumuz üçün 10.605 manat həcmində tibbi ləvazimat və preparatlar, həmçinin 5.455 manat həcmində isti geyimlər tədarük edərək qəhrəman əsgərlərimizə ərməğan edib. Vətənpərvər ziyalımızın yardımı müvafiq qurumlar tərəfindən cəbhəyə, ana vətənimizi yağı düşməndən azad edən igid əsgərlərimizə çatdırılıb.

Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və kollektivi vətənpərvər töhfəsinə görə Malik Əliyevə öz dərin təşəkkürünü bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: