Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Karbon dioksid qazının azaldılması ilə qlobal istiləşmənin qarşısını almaq mümkün olmayacaq
17.11.2020 14:16
  • A-
  • A
  • A+

Karbon dioksid qazının azaldılması ilə qlobal istiləşmənin qarşısını almaq mümkün olmayacaq

Əgər insan sivilizasiyası sabah atmosferə karbon dioksid (CO2) qazının ifrazını tam dayandırsa belə planetin temperaturu bir neçə 100 il ərzində yüksəlməyə davam edəcək və dünya okeanının səviyyəsi bir neçə metr yüksələcək. Norveçdən olan alimlər iqlim dəyişikliyinin kompüter modelləşdirilməsini keçirdərək məhz belə qənaətə gəliblər.

Qlobal istiləşmənin təbiət əlamətləri (daha sıx buludlar, sonsuz soyuq regionlarda temperaturun artması və dənizlərin buz örtüklərinin əriməsi) artıq Yer kürəsinin iqliminə təsir göstərməyə başlayıblar. Norveçdən olan alimlərin fikirlərinə əsasən insan sivilizasiyası parnik qazlarının ifrazının aşağı salınması sayəsində sonsuz soyuq regionlarda buzlaqların əriməsinin qarşısını almaq imkanından artıq yan keçib.

Norveçdən olan alimlər iqlim modeli sayəsində 2 ssenari üzrə 2500-cü ilə kimi olacaq dəyişiklikləri nəzərdən keçiriblər. Birinci ssenari parnik qazlarının ifrazının ani olaraq dayandırılmasını, ikinci ssenari isə 2100-cü ilə kimi parnik qazlarının ifrazının tədricən aşağı salınmasını əks etdirib. Beləliklə alimlər belə qənaətə gəliblər ki, birinci ssenari halında Yer kürəsinin temperaturu növbəti 50 il ərzində 2.3 dərəcə yüksələcək və daha sonra bir qədər aşağı düşəcək. Lakin 2150-ci ildən başlayaraq orta temperaturun yüksəlməsi yenidən başlayacaq və növbəti 350 il ərzində dayanmayacaq.

Dünya okeanının səviyyəsi minimum 3 metr yüksələcək. İkinci ssenari halında Yer kürəsinin temperaturu daha sürətlə artacaq və 2500-cü ilə kimi birinci ssenarinin nəticələrinə gəlib çıxacaq. Bu tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, Yer kürəsi bu problemin həlli üçün insan sivilizasiyası tərəfindən edilə biləcək lazımi prosesləri geridə qoyub. Qlobal istiləşmə prosesləri artıq işə düşüblər. Buna sübut olaraq Arktikanın buz örtüyünün sürətlə əriməsini gətirmək olar.

  • Paylaş: