Alimlər "DeepMind AlphaFold" süni intellektinin yeni sistemini işləyib hazırlayıblar. Bu, o deməkdir ki, artıq zülalın üçölçülü strukturunu əvvəlcədən bilmək mümkün olacaq. Elmi yenilik haqqında "DeepMind"in saytında məlumat yayılıb.
Məlumata görə, foldinq problemi (zülalların qatlanması) dünya bioloqları üçün müasir elmin böyük problemi idi. Bunun həlli üçün isə yarım əsrdən də artıq müddətdə tədqiqatçılar çox çalışıblar. Müasir texnologiya isə nəhayət bu işin öhdəsindən gəldi və sübut edildi ki, süni intellekt laboratoriya metodları ilə müqayisədə daha dəqiqdir.
Qeyd edək ki, zülalların üçölçülü strukturu onların funksiyaları ilə sıx bağlıdır.