Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gələn il ölkəmizdə fəsillərin qeydə alınacağı zaman açıqlanıb
18.12.2020 14:28
  • A-
  • A
  • A+

Gələn il ölkəmizdə fəsillərin qeydə alınacağı zaman açıqlanıb

Fəsillərin yaranması və bölgüsü astronomik hadisədir. Proses Günəşin planetin müxtəlif hissələrini - Şimal və Cənub yarımkürələrini fərqli işıqlandırması ilə baş verir. Yer Günəşin Şimal yarımkürəsində olduğu zaman ona daha çox işıq və istilik düşür, bununla da Şimalda yay, Cənub yarımkürəsində qış olur. Hər iki yarımkürə eyni dərəcədə işıqlandığı üçün planetimizdə payız, yaxud da yaz fəslinə keçid olur.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə qış fəslinin ölkəmizə daxil olma vaxtını və gələn il fəsillərin qeydə alınacağı zamanı açıqlayıb. Rəsədxananın əməkdaşı Əminə Hümbətovanın sözlərinə görə, gələn il yaz fəsli martın 20-si, yay fəsli iyunun 21-i, payız fəsli 22 sentyabrda, qış isə dekabrın 21-də Azərbaycana qədəm qoyacaq. 

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: