Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.01.2015 00:00
  • A-
  • A
  • A+

İngiltərəli alim AMEA Fizika İnstitutunda olub

İngiltərəli alim AMEA Fizika İnstitutunda olub

İngiltərənin Kembric Universitetinin elmi işlər üzrə direktoru, Dr.Devid Mundi AMEA Fizika İnstitutunda olub.

Qonaq institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb.

Görüş çərçivəsində Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi, müasir standartlara cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması məsələləri müzakirə edilib.

D.Mundi institutun İnnovasiya sektorunda fəaliyyət göstərən “Keçirici Elektron Mikroskopiyası” (Transmission Electron Microscopy-TEM), EPR (Elektron Paramaqnit Rezonansı), AFM (Atom Qüvvət Mikroskopu) və digər cihazlarla da yaxından tanış olub. İnstitutun gənc alimlərinin elmi fəaliyyətləri ilə də maraqlanan qonaq elmi müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirib.

Görüşdə elmi müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, İnnovasiya sektorunun rəhbəri, professor Emil Hüseynov və başqaları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: