Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA-nın Fizika İnstitutunun sabiq direktoru, akademik Nazim Məmmədovun açıqlaması
15.01.2021 16:03
  • A-
  • A
  • A+

AMEA-nın Fizika İnstitutunun sabiq direktoru, akademik Nazim Məmmədovun açıqlaması

AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Fizika İnstitutunda ötən ilin dekabrında yoxlama aparılmış, nəticədə qurumun fəaliyyətində nöqsanlar aşkar edilmişdir. Yoxlama arayışı AMEA-nın Fizika İnstitutunun rəhbərliyi və aidiyyəti şöbə müdirlərinə təqdim edilmiş və onların iştirakı ilə müzakirə edilmişdir. İşimizdə yol verdiyimiz nöqsanlara görə mən və institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Şahvələd oğlu Abdinov tutduğumuz vəzifədən azad edilmiş, institutun bir sıra əməkdaşları isə yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilmişlər. 

Mən və akademik Cavad Abdinov hazırda AMEA-nın Fizika İnstitutunda rəhbərlik etdiyimiz laboratoriyalarda elmi fəaliyyətimizi davam etdiririk. Mənim və institutun digər əməkdaşları barəsində AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərar ədalətli və qanunauyğundur. Bu qərara iradımız yoxdur.

İnstitutda aparılan yoxlama ilə bağlı kütləvi informasiya vasitələrində və saytlarda gedən yazıların əsası yoxdur, onlar həqiqəti əks etdirmir.

Akademik

Nazim Məmmədov

15.01.2021 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: