AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İranda nəşr olunan “Xudafərin” jurnalının 189-cu sayında fars dilində dərc olunub.
Şərqşünas alimin “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol” adlı məqaləsi bir sıra Şərq ölkələrinin saytlarında da yayımlanıb. Məqalə İordaniyanın nayrouz.com saytında ərəbcə, Qazaxıstanın ea-news.kz və Özbəkistanın interpress.uz saytlarında rus dilində dərc edilib.
Məqalədə faciəni törədənlər, hadisələrin gedişatı və ağır nəticələri barədə ətraflı məlumat təqdim edilib və şərhlər verilib. S.Talıblı Bakıda baş vermiş hadisələrlə yanaşı, 1990-cı ilin yanvarında Neftçala və Lənkəranda da gerçəkləşən hadisələrdən ətraflı bəhs edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.