Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur.
Professor Elton Məmmədov hal-hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.