Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.02.2021 10:09
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun 5 illik elmi-tədqiqat planı təsdiqlənib

Genetik Ehtiyatlar İnstitutunun 5 illik elmi-tədqiqat planı təsdiqlənib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq tədbir iştirakçılarına gündəlikdəki məsələlər barədə məlumat verib.

Tədbirdə qurumun “2021-2025-ci illər üzrə elmi-tədqiqat işlərinin əhatəli planı” geniş müzakirə olunub. Z.Əkpərov bildirib ki, növbəti 5 ilin planında aparılan elmi işlərin səmərəliliyinin artırılması və öyrənilən genetik materialların kompleks tədqiq olunması üçün müxtəlif şöbələrin bir mövzu daxilində tədqiqat işi aparması daha məqsədəuyğun hesab edilib. Onun sözlərinə görə, Dənli taxıl və paxlalı bitkilər, Tərəvəz və bostan bitkiləri, Texniki və yem bitkiləri, eləcə də Meyvə bitkiləri şöbələrinin təklif etdikləri elmi-tədqiqat işləri bir mövzu altında birləşdirilib.

Bundan əlavə, Bitki fiziologiyası və İmmunogenetika şöbələrinin, Biokimya və Texnologiya şöbələrinin, eləcə də Biotexnologiya və Molekulyar sitogenetika şöbələrinin mövzuları birləşdirilib, ümumilikdə müəssisədə elmi-tədqiqat işlərinin 7 mövzu üzrə davam etdirilməsi nəzərdə tutulub. 

Qeyd olunub ki, növbəti 5 il ərzində mövzu planına işğaldan azad olunmuş ərazilərdə də elmi-tədqiqat işlərinin aparılması üzrə iş və mərhələlər daxil edilib. “İşğaldan azad olunmuş ərazilərimizin genetik ehtiyatları mərhələli şəkildə təftiş ediləcək, toplanılacaq nümunələr kompleks şəkildə qiymətləndiriləcək və onlardan seleksiyada istifadə olunacaq”, - deyə Z.Əkpərov diqqətə çatdırıb.

Daha sonra 5 illik elmi-tədqiqat planı şura üzvləri tərəfindən müzakirə edilərək açıq səsvermə ilə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: