AMEA Polimer Materialları İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Abasqulu Quliyev ölkəmizdə gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini, onların elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini bildirdi. AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qərarın qəbul olunduğunu söyləyən A.Quliyev şuranın gənclərin daha səmərəli fəaliyyət göstərməsinə geniş imkan yaradacağını bildirdi. Sonra namizədliyi irəli sürülmüş gənclər səsvermə yolu ilə institutun yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına üzv seçildilər. Tərkibi 11 nəfərdən ibarət olmaqla k.ü.f.d. Sevil Maşayeva şurasının sədri, Aytən Əliyeva katib, Fatimə Mustafayeva isə sədr müavini seçildilər. Sonda çıxış edən institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Valeh Cəfərov şuranın yaradılması münasibətilə iştirakçıları təbrik etdi, gənc alimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı, tövsiyyələrini bildirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.