Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müəssisələri tərəfindən MEK-ə nəşrlər təqdim edilib
16.02.2021 14:00
  • A-
  • A
  • A+

AMEA-nın müəssisələri tərəfindən MEK-ə nəşrlər təqdim edilib

Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri tərəfindən Mərkəzi Elmi Kitabxanaya (MEK) nəşrlər təqdim edilib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən təqdim edilən ədəbiyyatlar sırasında akademik, millət vəkili Rafael Hüseynovun “Госпожа луна. Мехсети Гянджеви.”, “Храм словестности”, “Время Сабира”, “Царица державы рубаи”, “Мехсети Гянджеви”, “Вознесение слова”, filologiya elmləri doktoru, professor Kamil Allahyarovun “Генезис, становление и пути эволюции Азербайджанского стихосдожения” Azərbaycan ədəbiyyatına, mədəniyyətinə aid digər kitab və monoqrafiyalar yer alıb.

Həmçinin, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutundan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dərc olunmuş R.F.Mustafayevin “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər), “Ölüm marşı”, A.İ.Mustafayevanın “Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi”, R.Vəlizadə “Мецамор: экологическая бомба для региона”, O.Kuznetsovun “A history of the transnational Armenian Terrorism in the Twentieth Century”, F.İsmayılovun “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” və digər monoqrafiyalar, elmi əsərlər daxil olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: