Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
04.10.2024 11:15
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib” başlıqlı icmal təqdim edilib.

Bugünkü sayda ilk səhifələrdə 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransına, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” və “COP 29”a həsr olunmuş toplantı ilə bağlı yazılar dərc edilib.

Qəzetdə AMEA prezidenti akademik İsa Həbibbəylinin Anım günündə şəhid ailələri ilə görüşü və “X Bakı Beynəlxalq Kitab Sərgisi”ndə iştirak etdiyi təqdimat mərasimləri ilə bağlı informasiyalar yer alır.

Bundan əlavə, qəzetin bugünkü buraxılışında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının təqdimatı ilə bağlı xəbərlə tanış ola bilərsiniz.

Həmçinin bu sayda “Beynəlxalq elmi əməkdaşlıq” və “Region” rubrikaları altında informasiyalar, eləcə də “Azərbaycan Milli Elmlər Akademiyası-80” rubrikası altında məqalə və digər xəbərlər təqdim edilib.

Qəzetin rus və ingilis dili bölməsində akademik İsa Həbibbəylinin iştirak etdiyi tədbirlərlə bağlı icmal, xəbər, o cümlədən müsahibə və son elmi yeniliklərə dair informasiyalar yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: