Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

NASA-nın beşinci aparatı Marsa enib
19.02.2021 09:46
  • A-
  • A
  • A+

NASA-nın beşinci aparatı Marsa enib

ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması İdarəsinə (NASA) məxsus “Perseverance” aparatı Marsa eniş edib. Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.

Aparatın buraxılması və enməsi onun Mars atmosferinin üst qatına çatacağı zaman baş tutub. Sürəti əvvəlcə 20 000 km/saat, daha sonra 3,2 km/saat təşkil edib. Eniş təxminən yeddi dəqiqə davam edib. Bu müddət ərzində bütün əməliyyatlar avtomatik həyata keçirilib.

Bu, Marsa enən NASA-nın sayca beşinci kosmik aparatıdır.

“Perseverance” Marsdakı çökmə süxurların xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də göyərtəyə quraşdırılmış xüsusi “kabinet”də bunların nümunələrini toplayacaq. Burada saxlanılan minerallar Marsa göndəriləcək Avropa Kosmik Agentliyi və NASA-nın xüsusi müştərək missiyası ilə planetimizə gətiriləcək. Həmin missiyanın 2026-cı ildən tez baş tutmayacağı da məlumdur.

 Apa.az

  • Paylaş: