Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bioloqlar: İnsan orqanizmi su istehlakında primatlardan xeyli qənaətcildir
10.03.2021 14:14
  • A-
  • A
  • A+

Bioloqlar: İnsan orqanizmi su istehlakında primatlardan xeyli qənaətcildir

ABŞ-ın Dyuk Universitetinin dosenti German Pontser və onun həmkarları insanın, şimpanzenin, qorillanın və bonobonun normal həyat fəaliyyəti üçün nə qədər su lazım olduğunu araşdırıblar.

Tədqiqat müxtəlif məşğulluq sahələrindən (məsələn, ovçuluqla və meyvə toplamaqla, təxminən vəhşi primatlarla eyni şəraitdə yaşayan xadza tayfalarının nümayəndələri də olub), etnik və irqi qruplardan olan 309 insanı, habelə vəhşi təbiətdə yaşayan və zooparkda saxlanılan 72 meymunu əhatə edib.

Eksperimentin bütün iştirakçıları təqribən iki həftə ərzində xüsusi hazırlanmış su içiblər – bu suyun molekulunun bir hissəsini alimlər təbiətdə çox nadir rast gəlinən oksigen - 18 izotopu ilə işarələyiblər. Tədqiqat iştirakçılarının orqanizminin hər gün nə qədər su istehlak etdiyini müəyyənləşdirmək üçün bioloqlar onların tərində və sidiyində həmin izotopun miqdarını izləyiblər. Məlum olub ki, orta hesabla, insanların normal həyat fəaliyyəti üçün gündə bir litrədək, primatlar üçün altı litrədək (kütlə fərqindəki əlavə ilə) su lazımdır. Bu nisbət həm oturaq həyat tərzi keçirən insanlara, həm də vaxtının çox hissəsini ovçuluğa və meyvə toplamağa, qida axtarışına sərf edən insanlar üçün xarakterikdir.

Analoji proporsiya insan və primat orqanizmlərində qida ilə əldə edilən hər kilokalori enerji üçün nə qədər su sərf edilməsinə də xas olub. Bu, onu göstərir ki, insan bədəninin “qənaətcilliyi” onun fiziki fəallığının heç də az olması ilə bağlı deyil.

Alimlər bu xüsusiyyətin səbəbini hələ ki tam şəkildə izah edə bilmirlər. Onların fikrincə, insan orqanizminin “qənaətcilliyini” “Homo sapiens”in kiçik burnundan digər primatların tənəffüs orqanları ilə müqayisədə daha az miqdarda su “axması” ilə izah etmək olar. Lakin alimlər insan orqanizmində maddələr mübadiləsinin dəyişə bilməsini istisna etmirlər.

AzərTac

  • Paylaş: