Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.03.2021 15:14
  • A-
  • A
  • A+

“Qarabağ İnkişaf Forumu – 2021” adlı onlayn tədbir keçirilib

“Qarabağ İnkişaf Forumu – 2021” adlı onlayn tədbir keçirilib

Azərbaycan Gənclik Platforması və Qarabağ Azərbaycandır Platformasının birgə təşkilatçılığı ilə “Qarabağ İnkişaf Forumu – 2021” adlı onlayn tədbir keçirilib.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı Nigar İmaməliyeva və Memarlıq və İncəsənət İnstitutunun kiçik elmi işçisi Nigar Ramazanova forumun təşkilat komitəsinin üzvləri olub, tədbirin ərsəyə gəlməsində yaxından iştirak ediblər.

Müxtəlif ölkələrdən nümayəndələrin qatıldığı tədbiri Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev və Qarabağ Azərbaycandır Platformasının həmtəsisçisi Şəbnəm Səfərova açaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər münasibətilə iştirakçıları təbrik edib, bu yolda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqati çıxış edərək fotojurnalistikanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı önəmindən bəhs edib.

Sonra millət vəkili Ceyhun Məmmədov informasiya müharibəsinin günümüzdə də davam etdiyini və gənclərin bu yolda daha çox çalışmalı olduğunu bildirib.

Forumda, həmçinin Qarabağın azərbaycanlı icmasının sədr müavini Gülməmməd Məmmədov, jurnalist, səyyah Azər Qərib, Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olan “CNN Türk” kanalının müxbiri Fulya Öztürk, siyasi şərhçi Əli Hacızadə və Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Elmin Xəlilov çıxış edərək müharibə dövründə dünya telekanallarının ölkəmizə qarşı haqsızlıqlarından, informasiya müharibəsində sosial medianın rolundan, Azərbaycan və Türkiyə qardaşlığının daha da inkişaf etdirilməsinin önəmindən, Qarabağın turizm potensialından və s. danışıblar.

Sonda müxtəlif müzakirələr aparılıb, iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: