Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

17.03.2021 15:12
  • A-
  • A
  • A+

Muzeyə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şəxsi əşyaları daxil olub

Muzeyə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şəxsi əşyaları daxil olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun əşyaları daxil olub.

Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə fəal iştirak edən şəhid polkovnik Şükür Həmidovun şəxsi əşyalarını muzeyə onun qohumu, MATM-ın əməkdaşı Zümrüd İsmayılova vasitəsi ilə daxil olub.

II Fəxri xiyabanda dəfn edilən Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində fərqlənib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Vətən müharibəsindəki şücaətlərinə görə, "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: