Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.03.2021 17:34
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda Elm günü qeyd olunub

Neft və Qaz İnstitutunda Elm günü qeyd olunub

AMEA-nın Neft və Qaz İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan onlayn seminar keçirilib.

Tədbirdə müəssisənin elmi işlər üzrə direktor müavini, elmi katibi, şöbə müdirləri, əməkdaşları və gənc mütəxəssisləri iştirak ediblər.

Seminarı elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov açaraq  iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Vaqif Qurbanov ölkəmizdə Elm gününün təsis edilməsi tarixindən və elmin vəziyyətindən danışaraq, gənc kadrların hazırlanması məsələsinin aktual olduğunu vurğulayıb. O, AMEA-da, o cümlədən Neft və Qaz İnstitutunda gənclərin elmi potensialının inkişaf etdirilməsinə daim dəstək verildiyini söyləyib və seminarda gənclərin çıxışlarına üstünlük veriləcəyini diqqətə çatdırıb.

Sonra institutun II kurs magistrantları İsmayıl İsmayılovun “Pirallahı strukturunun geoloji quruluşu: tektonikası və stratiqrafiyası” və Zülfüqar Ağayevin “Ətraf mühitin qorunmasında Azərbaycanın dövlət siyasəti” mövzusunda məruzəsi dinlənilib, çıxışlar ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: