AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən Elm gününə həsr olunan onlayn tədbir keçirilib.
Tədbiri açan RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda Elm gününün təsis edilməsi haqqında danışıb. Azərbaycanda elmin inkişaf tarixi, eləcə də AMEA-nın yaradılmasının tarixi zərurətləri və inkişaf mərhələləri haqqında danışan baş direktor ölkə rəhbərliyinin hər zaman elmin inkişafına, eləcə də elm adamlarına xüsusi diqqət və qayğı göstərdiyini də bildirib.
Daha sonra RSXM-nin Seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli “Zəlzələlərin baş vermə səbəbləri və Azərbaycan ərazisinin seysmikliyi haqqında” mövzusunda təqdimatla çıxış edib. O, öz məruzəsində Yerin litosfer qatında gedən proseslər, zəlzələlərin baş vermə səbəbləri, eləcə də seysmoloji tədqiqat metodları haqqında ətraflı məruzə ilə çıxış edib.
Tədbirdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli media nümayəndələrinin suallarını da cavablandırıb.
Tədbir seysmoloji tədqiqatların aparılmasına başlanıldığı vaxtdan bu günə qədər seysmik tədqiqatlarda istifadə olunan cihaz və avadanlıqlara həsr olunan sərgi-təqdimatın nümayişi ilə başa catıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.