Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Daşınan elektronikanın radiodalğaların köməyilə enerji ilə doldurulması üsulu hazırlanıb
01.04.2021 16:48
  • A-
  • A
  • A+

Daşınan elektronikanın radiodalğaların köməyilə enerji ilə doldurulması üsulu hazırlanıb

Beynəlxalq tədqiqatçılar komandası xəstənin həyati əhəmiyyətli göstəricilərini ölçən simsiz tibbi cihazların enerji ilə doldurulmasında radiodalğalardan istifadə etməyi təklif edib.

Tibbi təyinata malik daşınan elektronika qurğuları üçün müasir enerji mənbələri mükəmməl deyil. Məsələn, fotoelementləri günəş şüaları altında saxlamaq lazımdır. Triboelektrik qurğular daimi hərəkət tələb edir. Digər bir variant Pensilvaniya Universitetinin professoru Larri Çenin rəhbərliyi altında çalışan mütəxəssislər qrupu tərəfindən hazırlanıb.

Alimlər tibbi sensorlar tərəfindən toplanılan məlumatları simsiz ötürə bilən elastik genişzolaqlı vibrator antena hazırlayıblar. Genişzolaqlı konstruksiya nəticəsində qurğu dartıldıqda, büküldükdə və ya əyildikdə belə paylama funksiyası qorunub saxlanılır.

Bundan sonra sistemi elektromaqnit dalğalarının enerjisini elektrik enerjisinə çevirə bilən elastik düzləndiriciyə qoşublar. Nəticədə elektrik enerjisi simsiz qurğular, akkumulyatorlar və superkondensatorları enerji ilə doldurmaq üçün istifadə edilə bilər.

Ted.az

  • Paylaş: