Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Google: möcüzə-qolbaq insan orqanizmində xərçəng hüceyrələrini aşkar edəcək
02.02.2015 00:00
  • A-
  • A
  • A+

Google: möcüzə-qolbaq insan orqanizmində xərçəng hüceyrələrini aşkar edəcək

Kaliforniya alimləri (Google laboratoriyasından) insan orqanizmində xərçəng hüceyrələrini və ürək-damar sisteminin müxtəlif xəstəliklərini aşkar edən xüsusi cihaz hazırlayıblar.

www.arbatcity.ru saytından aldığımız məlumata görə, ixtira zamanı aparılan prosedurlar mütəxəssislər tərəfindən təsvir olunub: insan xüsusi nanozərrəciklərdən ibarət spesifik həb qəbul edir. Bu hissəciklərin rolu öz mikroskopik ölçüsü sayəsində insan orqanizminə daxil olur, zülal və hüceyrələrə maqnit kimi birləşirlər. Ekspertlər portativ qurğular sayəsində, nanozərrəcikləri analiz edərək gələcək mərhələlərdə tədqiq edəcəklər.

Maraqlı məqamlardan biri də odur ki, nanozərrəciklər xərçəng hüceyrələrini aşkar edərkən parlamağa başlayır. İşığın “keçirtmə qabiliyyətini” qiymətləndirmək üçün alimlər süni dəridən əllər yaradıblar. Buraya, həmçinin donor dərisinə aid olan hissəciklər də daxil olunub. Laboratoriya alimləri ümid edirlər ki, insanların sağlamlıq vəziyyətini müntəzəm olaraq qiymətləndirmək möcüzə-qolbağın köməyi ilə mümkün olacaq.

Qeyd edək ki, layihə üzərində araşdırmalar davam edir.

  • Paylaş: