Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Antarktidada 430 min il əvvəl düşmüş asteroid tapılıb
14.04.2021 10:22
  • A-
  • A
  • A+

Antarktidada 430 min il əvvəl düşmüş asteroid tapılıb

Beynəlxalq tədqiqat qrupu 430 min il əvvəl Antarktidaya kiçik bir asteroidin Yerə düşməsini sübut edən dəlillər tapıb.

Tədqiqatçılar hesab edir ki, bu həcmli göy cismi şəhərə düşərsə, milyonlarla insan üçün ölümcül təhlükəli ola bilər. Mütəxəssislər Şərqi Antarktidadakı Ser-Rondan dağlarında, Valnumfyellet dağının zirvəsində yerdən kənar mənşəli hissəciklər tapıb.

Tədqiqatçıların tapıntılarına görə, ən azı yüz metr boyunca böyük səma cismi Yer atmosferinə düşüb və partlaması nəticəsində hissəcikləri ətrafa yayılıb, lakin partlayışın gücü zərbə krateri yaratmaq üçün yetərli olmayıb.

aqreqator.az

  • Paylaş: