Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunda müasir Türkiyəyə dair kitab çap olunub
19.04.2021 14:20
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda müasir Türkiyəyə dair kitab çap olunub

AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəl.ü.f.d. Esmeralda Həsənovanın rus dilində “Трактовка проблем религии ислама, нации, национализма и национального государства в современной Турции в контексте глобализма (конец ХХ - начало XXI века)” (“Müasir Türkiyədə İslam, millət, millətçilik və milli dövlət problemlərinin qloballaşma kontekstində şərhi (XX əsrin sonu - XXI əsrin əvvəlləri)”) adlı kitabı işıq üzü görüb.

Əsərin mövzusu Yaxın Şərqdə baş verən ictimai-siyasi proseslərin öyrənilməsində əhəmiyyətlidir. Yeni nəşrdə ümumilikdə müasir Türkiyədə din, millətçilik, milli dövlət və qloballaşma dövründə hakimiyyətin dinə münasibəti öyrənilib.

Əsər struktur baxımdan altı fəsildən, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Türkiyənin tarixi, coğrafi mövqeyi, son illərdəki yürütdüyü regional xarici siyasəti tədqiqatçıların maraq dairəsindədir. Əsərdə qeyd edilən nüanslar kifayət qədər ətraflı şəkildə işlənilib və Türkiyədə mövcud din və dövlət münasibətlərinin həm tarixi cəhətdən, həm də müasir dövrdə Türkiyənin ictimai-siyasi vəziyyəti haqqında geniş məlumatlar verilib.

Qeyd etmək lazımdır ki, əsərin mövzusu Azərbaycanda tədqiq edilməyib və bu cəhətdən əsərin əhəmiyyəti daha da artmaqdadır. Bu tədqiqat əsəri din alimləri, şərqşünaslar, politoloqlar, elmi tədqiqatçılar, eləcə də müasir dövrdə Türkiyədə baş verən proseslərlə yaxından maraqlanan oxucular üçün faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: