Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

"Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
29.04.2021 15:08
  • A-
  • A
  • A+

"Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

Ali Baş Komandanımız və igid oğullarımız sayəsində illərdir həsrətində olduğumuz Şuşa işğaldan azad edildi. Bu, təkcə şuşalılar üçün deyil, bütün türk dünyası üçün zəfər demək idi. Artıq biz Şuşaya qayıtmışıq və onun yenidən dirçəlməsi və çiçəklənməsi üçün də lazımi tədbirlər həyata keçirilir.

Bəs, Şuşa şəhəri necə bərpa olunmalıdır? Bu sual ətrafında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Babaşovla söhbət etdik. Müsahib köhnə şəhərin əvvəlki kimi bərpasının vacibliyini vurğulayıb. Memar bildirib ki, bərpa işləri heç də asan başa gəlmir. İstənilən abidəni bərpa etmək üçün əvvəlcə elmi işçilər arasında bərpaçılar, layihəçilər və memarlar arasında müzakirələr aparılır.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: