Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

08.06.2021 12:46
  • A-
  • A
  • A+

Teymur Atəşlinin “Seçilmiş əsərləri” nəşr olunub

Teymur Atəşlinin “Seçilmiş əsərləri” nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyat kitabxanası” seriyasından IV kitab – Teymur Atəşlinin “Seçilmiş əsərləri” çapdan çıxıb.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən seriyanın bu cildinə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Tey­mur Atəşlinin şeirləri, “Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk” ad­lı savaş xatirələri, “Tuzaq” pyesi və publisistik məqalələri da­xil edil­ib. Mühacir yazarın ədəbi irsi kitab halında ilk dəfə vətənində nəşr olunub.

Teymur Atəşlinin “Seçilmiş əsərləri”ni ilk mənbələr əsasında tərtib edən, “Ön söz” və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, cildin məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğludur.

Qeyd edək ki, hazırda institutda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının növbəti cildləri üzərində işlər davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: