Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.06.2021 12:57
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevə həsr olunan konfransın iştirakçılarına sertifikatlar təqdim edilib

Ulu öndər Heydər Əliyevə həsr olunan konfransın iştirakçılarına sertifikatlar təqdim edilib

AMEA-nın Neft və Qaz İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Neft-qaz problemləri və perspektivləri” mövzusunda keçirilən respublika elmi-praktiki konfransının iştirakçılarına sertifikatlar təqdim edilib.

Təqdimat mərasimində AMEA-nın Neft və Qaz, Geologiya və Geofizika, akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, Arxeologiya və Etnoqrafiya institutlarının, Respublika Seysmoloji Xidmət Mərkəzinin, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

Sertifikatları Neft və Qaz İnstitutunun elmi katibi, y.e.f.d. Şəlalə Hüseynova təqdim edib.

Tədbirin sonunda y.e.f.d. Şəlalə Hüseynova və Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli çıxış edərək iştirakçılara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: