Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.06.2021 16:00
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun əməkdaşı medallarla təltif edilib

Radiasiya Problemləri İnstitutunun əməkdaşı medallarla təltif edilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radiokimya laboratoriyasının mühəndisi, fəlsəfə doktoru hazırlığı üzrə dissertant, baş leytenant Ramin Qəribov ölkə başçısının 24 iyun 2021-ci il tarixli sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, R.Qəribov 2020-ci ilin 21 sentyabrında “N” saylı hərbi hissəyə baş leytenant, artilleriyaçı zabit qismində təlimlərə cəlb olunub, 44 günlük Vətən müharibəsinə təlim keçdiyi batareya ilə birlikdə yola düşüb. Müharibə dövründə batareyası ilə birlikdə Murovdağda, daha sonra Ağdam, Füzuli və Cəbrayıl istiqamətlərində vuruşub, Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb, müalicə olunduqdan sonra yenidən öz artilleriya batareyasına qayıdıb. Batareya komandiri yaralandığından artıq batareya komandiri vəzifəsini icra edərək Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endiriblər. 44 günlük şanlı Vətən müharibəsi bitdikdən sonra 30 dekabr 2020-ci il tarixində hərbi xidmətdən tərxis olunub və Azərbaycan Milli Elmlər Akademiyasında yenidən elmi fəaliyyətini davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: