Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.06.2021 11:29
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Pirallahı qəsəbəsində ekspedisiyada olublar

Dendrologiya İnstitutunun əməkdaşları Pirallahı qəsəbəsində ekspedisiyada olublar

AMEA-nın Dendrologiya İnstitutunun Bitki ekologiyası laboratoriyasının əməkdaşları tematik mövzulara uyğun olaraq plan proqram üzrə Pirallahı qəsəbəsində ekspedisiyada olublar.

Ekspedisiya zamanı ərazinin hava və torpaq temperaturu, havanın nisbi rütubəti, radiasiya fonu ölçülüb, yeni salınmış bağ və parklarda introduksiya edilmiş bitki növləri üzərində morfoloji  müşahidələr aparılıb, ekoloji, fizioloji və biokimyəvi analizlər üçün nümunələr götürülüb.

Müəssisənin Bitki ekologiyası laboratoriyasının əməkdaşları müasir avadanlıqlardan istifadə edərək, həm çöl şəraitində fenoloji müşahidələr, həm də laboratoriya şəraitində fizioloji və biokimyəvi analizlər aparıblar.

Tədqiqat prosesində götürülmüş bitki nümunələrindən (Nandina domestica THUNB., Cupressus macrocarpa Hartw. & Gordon, Juniperus sabina L.,Gleditsia triacanthos L., Berberis thunbergii DC, Prunus domestica L., Pyracantha coccinea M.ROEM., Lonicera ligustrina Wall., Ligustrum.lucidum W.T.Aiton., Viburnum tinus L.) götürülərək laboratoriya şəraitində  onlardan  ekstraktlar alınıb və xlorofilin miqdarı təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: