Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA prezidentinin müvafiq sərəncamına və müəssisə rəhbərliyinin əmrinə əsasən yay sessiyasının doktorluq minimum imtahanları keçirilib.
İmtahanda “Ümumi kimya” fənni üzrə 1, “Qeyri-üzvi kimya” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə 7 nəfər iştirak edib və onların bilikləri komissiya tərəfindən yüksək qiymətləndirilib.
İmtahan prosesində AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşı Gülcahan Abdullayeva da iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.