Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.07.2021 15:57
  • A-
  • A
  • A+

Xarici qonağa Hüseyn Cavidin yaradıcılığı haqqında məlumat verilib

Xarici qonağa Hüseyn Cavidin yaradıcılığı haqqında məlumat verilib

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Başqırd Dövlət Universitetinin Tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Salih AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib, muzeyin ekspozisiyası ilə tanış olub.

Ona böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Muzey əməkdaşları turançılıq ideyasının H.Cavidin əsərlərindəki bədii təcəssümü, türkün şanlı tarixinin tərənnümü və ümumtürk dilinin yaradılmasında mütəfəkkir şairin xidmətləri ilə bağlı alimi maraqlandıran sualları cavablandırıblar.

Nadir Salih muzeyin nəşrlərindən bir neçəsini nəzərdən keçirib və  sonda xatirə kitabına ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: