Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Dilçilik İnstitutunda qazaxıstanlı alimlərlə görüş keçirilib

AMEA Dilçilik İnstitutunda qazaxıstanlı alimlərlə görüş keçirilib

Noyabrın 25-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan Təhsil və Elm Nazirliyinin A.Baytursunov adına Dilçilik İnstitutunun əməkdaşları ilə görüş keçirilib.

Yeddi nəfərlik nümayəndə heyətinə A.Baytursunov adına Dilçilik İnstitutunun şöbə müdiri, Beynəlxalq Qazax Dili Cəmiyyətinin prezidenti, akademik Umirzak Aitbayev, həmin institutun direktoru, filologiya elmləri doktoru, prof. M.Malbakov, professorlar A.Jbanov, A.Jnasbəyov və başqaları daxil idilər.

Qonaqları salamlayan AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli rəhbərlik etdiyi institutun yaranma tarixi, elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonra qonaqlar institutda fəaliyyət göstərən şöbələrlə yaxından tanış olublar.

Görüşdə elmi müəssisələr arasında əlaqələrin genişlənməsi, görüləcək işlərin perspektivləri müzakirə olunub.

Qeyd edək ki, görüşün məqsədi latın qrafikasına keçid ərəfəsində olan Qazaxıstanda Azərbaycan təcrübəsini tətbiq etməkdən ibarət idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: