Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun elmi yaradıcılığına həsr edilən film nümayiş olunub
05.07.2021 17:31
  • A-
  • A
  • A+

“Elm TV”də AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun elmi yaradıcılığına həsr edilən film nümayiş olunub

AMEA-nın “Elm TV” internet televiziyasında botanika elmi sahəsində tanınmış alim, Azərbaycan Botaniklər Cəmiyyətinin vitse-prezidenti, Mərkəzi Nəbatat Bağının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun 80 illik yubileyi münasibətilə alimin elmi yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.

Filmdə şərəfli ömür yolu, elmə dərin bağlılığı, yüksək tədqiqatçılıq məharəti ilə cəmiyyətdə layiqli nüfuz qazanmış ziyalılarımızdan biri olan Maqsud Qurbanovun həyatı, elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, M.Qurbanovun elmi fəaliyyəti bitkilərin introduksiyası, ekologiyası, biologiyası və toxumçuluğunun problemləri üzrə tədqiqatları əhatə edir. Alim ilk dəfə olaraq Abşeron yarımadasına introduksiya olunmuş bitkilərin toxum verməsi və toxum keyfiyyətinin yüksəldilməsi üzrə kompleks qiymətləndirilmənin elmi əsaslarını işləyib hazırlamış texnogen çirklənmə şəraitində toksiki sənaye tullantılarının təsirinə cavab reaksiyalarına görə bitkilərin ekoloji qruplarını təsnif edib. Maqsud Qurbanov 180-ə yaxın elmi əsərin, o cümlədən 4 monoqrafiya və 2 kitabın müəllifidir.

Filmdə çıxış edən AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və digərləri alimin elmimizə verdiyi töhfələrdən bəhs edib, onun bitkilərin toksonomiyası və digər istiqamətlərdəki fəaliyyətindən danışıblar, eləcə də M.Qurbanovla bağlı xatirələrini bölüşüblər.

 “Elm TV”də yayımlanmış filmi təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: