Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.07.2021 12:16
  • A-
  • A
  • A+

Geoloq alimlər “AzerGold” QSC tərəfindən təltif olunublar

Geoloq alimlər “AzerGold” QSC tərəfindən təltif olunublar

Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli və müəssisənin aparıcı elmi işçisi Nəriman Qurbanov  “AzerGold” QSC-də  geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla keçirilən görüşdə iştirak ediblər. 

QSC-in  fəaliyyətə başlamasının 5-ci ildönümünə həsr edilmiş görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesinin ölkənin iqtisadi inkişafındakı rolundan, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb. Sədr cəmiyyət üçün əlamətdar olan 5 iyul tarixinin Azərbaycanın zəngin təbii resurslarının araşdırılması və geologiya elminin tədris edilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmiş dəyərli ziyalılara verilən yüksək dəyərdən qaynaqlandığını bildirib.

Z.İbrahimov  bundan sonrakı dövrdə də cəmiyyətin qarşıya qoyulan hədəflərə nail olmaq üçün mütəxəssislərlə əməkdaşlığa, o cümlədən geoloq alimlərlə birgə çalışmalara üstünlük verəcəyini vurğulayıb.

Tədbirdə “AzerGold” QSC-nin 5 illiyi münasibətilə Azərbaycanda dağ-mədən sahəsinin inkişafındakı xidmətlərinə görə, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli və müəssisənin aparıcı elmi işçisi Nəriman Qurbanov “Təşəkkürnamə” və qiymətli hədiyyələrlə təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: