Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.07.2021 16:56
  • A-
  • A
  • A+

MDB PA-nın qurumu ilə Hüquq və İnsan Haqları İnstitutu arasında memorandum imzalanıb

MDB PA-nın qurumu ilə Hüquq və İnsan Haqları İnstitutu arasında memorandum imzalanıb

İyulun 7-də Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumun imzalanmasında məqsəd filialla Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu arasında demokratiya, insan əsas hüquq və azadlıqları ilə əlaqədar birgə elmi tədqiqatların aparılması, elmi təkliflərin hazırlanması, bu sahədə hüquqi biliklərin dərinləşməsinə yol açacaq birgə fəaliyyətin təşkilidir. Bununla yanaşı, birgə fəaliyyət çərçivəsində elmi-praktiki seminar, konfrans və simpoziumların təşkili, Azərbaycan Konstitusiyası ilə təmin edilən vətəndaş, siyasi, sosial, mədəni və digər hüquqlara dair elmi araşdırmaların aparılması, müvafiq sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi və implementasiyasına yol açacaq birgə fəaliyyətin təşkili, bu sahələrdə Azərbaycanda milli tarixi təkamül proseslərinin, islahatların öyrənilməsi və təbliği məqsədilə metodiki və digər fəaliyyətin təşkili nəzərdə tutulur.

Əməkdaşlığın, eyni zamanda, kadr mübadiləsi, analitik fəaliyyət və qarşılıqlı maraq kəsb edən məsələlərin həllində birgə fəaliyyətin təşkilinə yol açacağı istisna edilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: