Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.07.2021 15:09
  • A-
  • A
  • A+

Şərqşünas alim VI beynəlxalq Paris Sosial Elmlər konfransında çıxış edib

Şərqşünas alim VI beynəlxalq Paris Sosial Elmlər konfransında çıxış edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova iyulun 9-11-də keçirilən VI beynəlxalq Paris Sosial Elmlər konfransına qatılıb.

Konfransa onlayn qatılan şərqşünas “XX əsrin sonu - XXI əsrin əvəllərində Misirin ictimai-siyasi mənzərəsinin yeni dövr ədəbiyyatında inikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XX əsrin sonu - XXI əsrin əvvəllərində Misirin ictimai-siyasi həyatında baş verən tarixi hadisələrin fonunda cəmiyyətdə yaşanan reallıqların həmin dövr ədəbiyyatında inikası istiqamətində aparılmış maraqlı təhlil və nəticələr səsləndirilib. Eləcə də müasir Misir ədəbiyyatında yaranan yeni tendensiyalar diqqətə çatdırılıb.

Qeyd edək ki, artıq altıncı dəfədir təşkil olunan mötəbər konfransa bu dəfə dünyanın 31 ölkəsindən tədqiqatçı alimlər qatılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: