Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.07.2021 11:49
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı ölümündən sonra 4 medalla təltif edilib

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı ölümündən sonra 4 medalla təltif edilib

Torpaqlarımızın düşmən işğalından azad olunmasında igidlik və şücaət göstərən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı, əsgər Bağırzadə Mahsun Zahir oğlu (ölümündən sonra) Azərbaycan Respublikasının 4 medalı ilə təltif olunub.

İlk dəfə Mahsun Bağırzadə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci il tarixində “Vətən uğrunda” medalı ilə təltif edilib.

İkinci dəfə o, 24 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında fəal iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülüb.

29 dekabr 2020-ci ildə isə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Dördüncü dəfə isə M.Bağırzadə 24 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: