Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.07.2021 11:41
  • A-
  • A
  • A+

Tarix Muzeyində ümummilli lider Heydər Əliyevin Üzeyir Hacıbəylinin ev muzeyinin açılışında iştirakını əks etdirən foto-neqativ qorunur

Tarix Muzeyində ümummilli lider Heydər Əliyevin Üzeyir Hacıbəylinin ev muzeyinin açılışında iştirakını əks etdirən foto-neqativ qorunur

14 iyul 1969-cu il tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Həmin gün müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olub. 14 iyul respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Azərbaycanın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün müstəsna rolu var.

Həmçinin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə Azərbaycanın paytaxtında, digər şəhər və rayonlarında tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələri ucaldıldı və onların ev muzeyləri yaradıldı.

Belə ki, 1975-ci il noyabr ayının 20-də dahi liderin təşəbbüsü və iştirakı ilə Bakıdakı Şamil Əzizbəyov 67 ünvanında görkəmli Azərbaycan bəstəkarı, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin 1915-1942-ci illər ərzində yaşadığı evdə muzey təşkil edildi və təntənəli açılışı oldu.

Qeyd edək ki, muzeyin açılışına dair AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Foto-neqativ materialları fondunda “Heydər Əliyev bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyinin açılışında” adlı (İnv.15102) foto-neqativ qorunur (Muzeyə təhvil verilmə tarixi 1976-cı il).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: