Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.07.2021 14:44
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin aztəminatlı əməkdaşlarına yardım edilib

Seysmoloji Mərkəzin aztəminatlı əməkdaşlarına yardım edilib

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan əməkdaşların, eləcə də şəhid ailələri və Vətən müharibəsinin qazilərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ərəfəsində mərkəzin Həmkarlar Təşkilatı tərəfindən daha bir humanist addım atılıb. Mərkəzin aztəminatlı əməkdaşlarına RSXM-nin Həmkarlar Təşkilatı tərəfindən ərzaq yardımı, şəhid ailələri və Vətən müharibəsinin qazilərinə isə maddi yardım göstərilib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli əməkdaşları qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edərək, onların sosial-iqtisadi problemlərinin, maddi rifahının yaxşılaşdırılmasının hər zaman diqqətdə saxlanıldığını bildirib.

O, ötən il Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək, xalqımıza qələbə sevinci yaşatdığını deyib: “Bizim qəhrəman, mərd oğullarımız, gənclərimiz, əsgər və zabitlərimiz cənab Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə elə dərs verdilər ki, xalqımızın övladları, gələcək nəsillər də bu şərəfli tariximizlə hər zaman fəxr edəcəklər”.

Mərkəzdə çalışan qazilərin və şəhid ailələrinin problemlərinin nəzarətdə saxlanıldığını bildirən Q.Yetirmişli şəhidlərimizin xatirəsinin hər zaman ehtiramla yad edildiyini vurğulayıb, qazilərə tezliklə sağlamlıqlarına qovuşmağı arzu edib. O, bu cür tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: