İyulun 17-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi-Texniki Şuranın iclası keçirilib.
“Zoom” platforması üzərindən keçirilən iclasda Elmi-Texniki Şuranın üzvüləri və müvafiq şöbələrin rəhbərləri iştirak ediblər. Tədbirdə mərkəzin elmi və elmi-istehsalat şöbələrinin 2021-ci ilin birinci yarısında gördüyü işlərə dair müzakirələr aparılıb.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəlik barədə məlumat verdikdən sonra mərkəzin müvafiq şöbələrinin müdirləri hesabatlarını təqdim edib, şura üzvlərinin suallarını cavablandırıblar.
İclasda, həmçinin 2021-ci ildə RSXM-də yeddi mövzu üzrə aparılmış elmi-tədqiqat işlərinə dair yarımillik hesabatlar da təqdim olunub.
Müzakirələrdən sonra şuranın iclasına yekun vurulub və hesabatlar yekdilliklə qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.