AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Sabunçu rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib. Kitabxananın Abonent bölmə müdiri Təhminə Qasımovanın moderatorluğu ilə baş tutan tədbirdə kitabxananın əməkdaşları ilə yanaşı, Ədəbiyyat İnstitutunun bir sıra alimləri də iştirak ediblər.
Tədbirdə Sabunçu MKS-nın direktoru Nəcibə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsindən sonra ölkəmizdə və kitabxanada gerçəkləşdirilən tədbirlər haqqında məlumat verib.
Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rühəngiz Əliyeva isə çıxışında Akademiyada, o cümlədən Ədəbiyyat İnstitutunda “Nizami ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra mövzu ilə əlaqədar geniş məruzə edib.
Sonra Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı çıxış edərək Nizami Gəncəvinin tədqiqi və təbliği istiqamətdə görülmüş işlərdən danışıb. Eyni zamanda sovet dövründə yol verilən bəzi yanlışlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Sonra Kitabxananın Metodika biblioqrafiya şöbəsinin müdiri Səmayə Nuriyeva, Abonoment şöbəsinin müdiri İlhamə Vəliyeva, Oxu zalının müdiri Günel Səfərova, baş kitabxanaçılar Elnarə Quliyeva və Əfsanə Rüstəmova mövzu ilə bağlı fikirlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.