Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.07.2021 14:04
  • A-
  • A
  • A+

Botanika İnstitutunun aliminin rəhbərlik etdiyi məktəblilər Beynəlxalq Biologiya Olimpiadasında uğurlu nəticə qazanıblar

Botanika İnstitutunun aliminin rəhbərlik etdiyi məktəblilər Beynəlxalq Biologiya Olimpiadasında uğurlu nəticə qazanıblar

Azərbaycanda elm və təhsilin vəhdəti sahəsində son illərdəki uğurlu fəaliyyət özünü məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında uğur qazanmasında da göstərir.

Beynəlxalq Biologiya Olimpiadasının Azərbaycan üzrə əlaqələndiricisi, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, dosent Rəşad Səlimov cari ildə təşkil olunan 32-ci Beynəlxalq Biologiya Olimpiadasına hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyətinə dair məlumat verib. O bildirib ki, milli komandamızın olimpiadaya nəzəri və praktik hazırlığına Botanika İnstitutu da töhfə verib.

Qeyd edək ki, 18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə təşkil olunan və 76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Rəşad Səlimovun rəhbərliyi, alim və mütəxəssislərin elmi dəstəyi ilə məktəblilərimiz uğurlu nəticə göstərib. Belə ki, Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən 4 məktəbli 2 qızıl və 2 bürünc medala layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: