Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.07.2021 17:15
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı təltif olunub

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı təltif olunub

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə mərkəzin direktoru İrek Zinnurov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasında jurnalistlərin də öz əməyi var: “Onlar öz qələmi ilə mehriban qonşuluq münasibətlərinin formalaşmasında, iki ölkə arasında tarixi münasibətlərin davam etməsində səylərini əsirgəmirlər”.

Daha sonra bir qrup jurnalist Fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, mükafatlandırılanlar arasında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Kamran Bağırov da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: