Türkiyənin Orta Doğu Texniki Universitetində (Şimali Kipr kampusu) “Neft və qaz mühəndisliyi” ixtisası üzrə ingilis dilində təhsil alan Adnan Bünyatov AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin rəhbərliyi altında Neft və Qaz İnstitutunda istehsalat təcrübəsi keçir.
A.Bünyatov Neft və Qaz İnstitutunun müvafiq şöbələrində aparılan elmi-tədqiqat işləri, eləcə də SOCAR-ın Geofizika və Geologiya İdarəsində quyularda aparılan geofiziki tədqiqat, qazma zamanı geoloji-texnoloji nəzarət sistemlərinin tətbiqi nəticəsində alınan nəticələr və geofiziklərin iş təcrübəsi ilə tanış olub. Həmçinin dünya neft təsərrüfatı tarixinin başlanğıcını təşkil edən Bibiheybətdə qazılmış quyuya da baş çəkib və onun haqqında məlumat alıb.
Qeyd edək ki, təcrübə prosesi SOCAR-ın müvafiq müəssisələrində davam etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.