AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev 2-3 avqust 2021-ci il tarixlərində İspaniyanın Toledo şəhərində keçirilən XV “Management Science and Engineering Management” (MSEM) onlayn beynəlxalq konfransında iştirak edib.
İspaniya, Türkiyə, ABŞ, Kanada, Yaponiya, Çin və digər ölkələrdən aparıcı alimlərin iştrak etdiyi tədbirdə akademik Asəf Hacıyev plenar məruzə ilə çıxış edib və kütləvi xidmət sistemlərində idarəetmə sahəsində aldığı son nəticələri konfrans iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda A.Hacıyev təşkilatçıların xahişi ilə dünya şöhrətli riyaziyyatçı alim akademik Andrey Kolmoqorovun (A.Hacıyev akademik A.Kolmoqorovun M.V.Lomonosov adına Moskva Dövlət Universitetində yaratdığı və rəhbərlik etdiyi Fakültələrarası statistik metodlar laboratoriyasında 15 ildən artıq çalışıb) yaradıcılığı haqqında məlumat verib.
Qeyd edək ki, XV beynəlxalq konfransın materialları (“Proceding of the XV International Conference Management Science and Engineering Management”) “Springer” nəşriyyatında iki cilddə çap edilib və akademik Asəf Hacıyev bu əsərlərin redaktorlarından biri olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.