Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.08.2021 14:32
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Zəfər TV kanalına müsahibə veriblər

Dendrologiya İnstitutunun əməkdaşları Zəfər TV kanalına müsahibə veriblər

AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Zəfər TV-nin yayımında elmin son yenilikləri və nailiyyətləri, dövrün qlobal problemlərindən  bəhs edilən  videosüjetlər yayımlanır.

Zəfər Tv-nin 19.08.2021-ci il tarixində növbəti yayımı isə qətiyyətli Ali Baş Komandanın rəhbərliyi sayəsində Müzəffər Azərbaycan Ordusunun şücaəti ilə böyük qələbə salnaməsinin qazanıldığı tarixə həsr olunub.

AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov, alimlər və gənc musiqiçilərin iştirakı ilə baş tutan “Elm və həyat” verilişi  açıq havada studiya şəraitində yayımlanıb.

Verilişin ilk qonağı Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov son dövrlər dünya birliyini narahat edən iqlim dəyişiklikləri və onun ətraf mühitə ekoloji təsiri, ətraf mühitin təhlükəsizliyini və biomüxtəlifliyin qorunmasını necə təmin etməyin yolları, iqlim dəyişkənliyinin ölkəmizin meşələrində hansı növlərdə büruzə verdiyini və Abşeron yarmadasında mövcud Eldar şamlarının kütləvi surətdə məhv olma səbəblərindən danışıb.

Daha sonra Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının alimləri antimikrob əlehinə dərman əhəmiyyətli bitkilərdən alınan efir yağlarının tibbdə istifadəsi yolları və pandemiya şəraitində orqanizmdə immunitetin təbii üsullarla gücləndirilməsindən və “Xalq təbabəti ilə müalicə koronavirusla mübarizədə nə dərəcədə təsirlidir?” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: