Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.08.2021 10:10
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında gənclər üçün astroseminar təşkil olunub

Şamaxı Astrofizika Rəsədxanasında gənclər üçün astroseminar təşkil olunub

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) təşkil olunan “Yay Fest” fəaliyyətini növbəti düşərgə ilə davam etdirir. “Yay Fest”in sonuncu düşərgəsi olan “İnkişaf və karyera” kampı start götürüb.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini yad ediblər.

Tədbirdə iştirakçılara Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Mərkəzin baş direktoru Rəvanə Həsənlinin “Azərbaycanda karyera inkişafı” mövzusunda çıxışı dinlənilib.

Sonra “Ulduzlara doğru” devizi ilə yenidən təşkil edilən festivalda gənclər üçün astroseminar təşkil edilib.

ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi düşərgə iştirakçılarına astronomiyanın tarixi, rəsədxananın qurulması, aparılan astronomik tədqiqatlar haqqında məlumat verib. O, eyni zamanda, Günəş sistemi planetləri, kosmik aparatlar və yerdənkənar sivilizasiyalar haqqında məruzə ilə çıxış edib.

Nəzəri astrosəyahətdən sonra praktiki olaraq kosmosa səyahət etmək istəyən festival iştirakçılarının bir qismi ŞAR-ın 70 santimetrlik teleskopu ilə Ayı və Saturnu müşahidə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: