Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Mustafa Salahovun 90 yaşı tamam olub
30.08.2021 11:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Mustafa Salahovun 90 yaşı tamam olub

AMEA-nın müxbir üzvi Mustafa Salahovun 90 yaşı tamam olub.

AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar ixtiraçısı, uzun illər Polimer Materialları İnstitutunda laboratoriya müdiri işləmiş, institutun baş elmi işçisi olmuş, “Şöhrət” ordenli Mustafa Sətdar oğlu Salahov 29 avqust 1931-ci ildə Bakı şəhərində anadan olub, 1955-ci ildə Qorki Dövlət Universitetini “Fiziki-kimya” ixtisası üzrə bitirib. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasına daxil olub və akademik Y.Məmmədəliyevin rəhbərliyi ilə 1964-cü ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1976-cı ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

M.Salahov əmək fəaliyyətinə 1955-ci ildə Sumqayıt “Sintetik kauçuk” zavodunda başlayıb. 1966-cı ildən bir neçə laboratoriyanın təşkilatçısı və rəhbəri, 1974-77-ci illərdə Xlor Üzvi Sintez İnstitutunun (indiki Polimer Materialları İnstitutu) elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1993-94-cü illərdə Türkiyə Mərmərə Araşdırmalar Mərkəzində (TUBİTAK) işləyib.

Alimin elmi tədqiqatlarının əsas istiqamətləri C1-C5 karbohidrogenlərinin tam xlorlaşmasından C1-C6 xlorkarbonların alınma qanunauyğunluqlarının öyrənilməsi, C60-füllerenlərin ayrılması imkanlarının aşkar edilməsi və dioksin ksenobiotiklərinin əmələ gəlməsinin qarşısının alınması mümkünlüyünün müəyyən edilməsi, karbohidrogenlərin oksixlorlaşması və oksibromlaşması reaksiyalarının əsas prinsiplərinin yaradılması ilə əlaqədardır. Onun elmi yaradıcılıq fəaliyyəti fundamental və tətbiqi sahələri harmonik şəkildə birləşdirir.

M.Salahov 1100-dən artıq elmi əsərin, o cümlədən 200-ə yaxın müəlliflik şəhadətnaməsi və patentin, sənayedə tətbiq edilmiş 5 kimyəvi prosesin, 12 kitabın müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər doktoru, 31 fəlsəfə doktoru və 20 magistr dissertasiyası müdafiə edilib.

M.Salahov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Üzvi kimya Elmi İstiqaməti üzrə Problem Şurasının sədri, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, Respublika Müəlllimlər İttifaqı idarə heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru, Elmi inkişaf üzrə Beynəlxalq Şura  Beynəlxalq Elmlər Akademiyasının akademiki, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü olub.

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm sahəsindəki  nailiyyətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Mustafa Salahov Beynəxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı”, Akademik Y.Məmmədəliyev və Akademik M.Mehdizadə medalları, Rusiya Elmi Texniki Yaradıcılıq Sərgisinin laureat diplomuna layiq görülüb. Mustafa Salahov eyni zamanda 2015-ci ildən Prezident təqaüdçüsüdür.  

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm sahəsindəki  nailiyyətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

M.Salahov Beynəxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı”, Akademik Y.Məmmədəliyev və Akademik M.Mehdizadə medalları, Rusiya Elmi Texniki Yaradıcılıq Sərgisinin laureat diplomuna layiq görülüb.

Polimer Materialları İnstitutunun kollektivi adından Mustafa Salahovu 90 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: