Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.09.2021 14:16
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi Təvəkkül İsgəndərov və böyük elmi işçisi Gülbəniz Qasımova herpetofaunanın tədqiqi məqsədilə Lənkəran və Lerik rayonlarında ekspedisiyada olublar.

Ekspedisiya zamanı yüksək dağlıq ərazilərə, həmçinin şəlalə və çay kənarlarına baxış keçirilib, elmi-tədqiqat planına uyğun olaraq herpetoloji materiallar toplanıb. Həmin ərazilərdə çoxsaylı növlərlə yanaşı, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən nadir sürünən növlərindən Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: