Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2021 17:18
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda keçirilən tədbirdə Azərbaycan Ordusunun Vətən müharibəsindəki şücaətindən danışılıb

Biofizika İnstitutunda keçirilən tədbirdə Azərbaycan Ordusunun Vətən müharibəsindəki şücaətindən danışılıb

AMEA-nın Biofzika İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Biofizika İnstitutunun rəhbərliyi və kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül düzüblər.

Biofizika İnstitutunda davam edən tədbir vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov qeyd edib ki, 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində işğal altında qalan əzəli və əbədi torpaqlarımızı düşman tapdağından azad edərək bütün dünyaya Azərbaycan xalqının birliyini, haqq uğrunda mübarizə aparmaq əzmini, Milli Ordumuzun qüdrətini, gücünü nümayiş etdirdi. Əlavə edib ki, arxadan gələn gənc nəsil artıq qalib xalqın nümayəndələri kimi böyüyəcəklər.

Daha sonra Biofizika İnstitutunun Sənədlərlə iş şöbəsinin müdiri, institutun Qadınlar Şurasının sədri Əsmər Məmmədova, Ekoloji biofizika laboratoriyasının böyük elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Ruhiyyə Quliyeva məruzə ilə çıxış edərək işğalçı Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, xalq-ordu-dövlət birliyindən, qazanılan qələbələrdən, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, vətən yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiramlarını bildiriblər.

Tədbirin sonunda Oktay Qasımov torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canını vətən naminə qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: