Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2021 15:18
  • A-
  • A
  • A+

Zəfər TV-də 27 sentyabr - Anım Gününə həsr edilən veriliş yayımlanıb

Zəfər TV-də 27 sentyabr - Anım Gününə həsr edilən veriliş yayımlanıb

АMEА-nın Dendrologiya İnstitutunun Zəfər TV internet kanalının “Elm və həyat” verilişinin növbəti buraxılışı 27 sentyabr - Anım Gününə həsr edilib.

İnstitutun İcimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan verilişin qonağı müəssisənin baş direktoru, AMEA-nın müxbür üzvü Tofiq Məmmədov, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, şəhid polkovnik-leytenant Ramiz Qasımovun ailə üzvləri, şəhid əsgər Rəşad Novruzovun anası, şəhid əsgər qardaşlar Bəhram və İnam Məmmədzadələrin atası Elman Məmmədzadə və qazi Əfqan Zamanov verilişin qonağı olublar.

Verilişdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın əzm və iradə, bir yumruq kimi birləşdiyi həmrəylik  günündən bəhs ediblər.

Professor Habil Qurbanov işğaldan azad olunduqdan sonra doğulduğu Ağdam şəhərinə səfərindən və Azad Həmkarlar İttifaqının Vətən müharibəsi zamanı fəaliyyətindən söhbət açıb.

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə müharibədən sonra bir qrup alim və tədqiqatçılarla Zəngilana səfərindən, erməni vandalizminin təbiətə qarşı törətdiyi vəhşiliyin nəticələrini müşahidə etmək üçün aparılan monitorinqdən və gələcəkdə həmin ərazilərdə yaşıllaşdırma-bərpa işlərinin aparılacağından danışıb.

Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev rayon üzrə şəhid ailələri və qazilərlə görüşündən, dövlətimizin təməli olan gənclərdə vətənpərvər hisslərin inkişaf etdirilməsi üçün təşkilatın gələcək layihələrindən söhbət açıb.

Verilişin ikinci hissəsində şəhid polkovnik-leytenant Ramiz Qasımovun ailə üzvləri, şəhid əsgər Rəşad Novruzovun anası, şəhid əsgər qardaşlar Bəhram və İnam Məmmədzadələrin atası Elman Məmmədzadə və qazi Əfqan Zamanov müharibə ilə bağlı xatirələrini bölüşüblər. E.Məmmədzadə tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu zəfərin yüzlərlə şəhidimizin qanı ilə yazıldığını, müstəqilliyimiz, vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qalxmış igidlərimizin Azərbaycan xalqının başını uca etdiyini vurğulayıb.

Vətənin müdafiəsinin qalibiyyət simfoniyasının yazılmasında müharibəyə könüllü olaraq qoşulmuş Əfqan Zamanov Şuşa döyüşlərindən, qəhrəman igidlərimizin qorxmazlıqlarından, canlarını Vətən yolunda necə qurban vermələrindən bəhs edib.

Sonda şəhid ailələrinə və qazimizə Fəxri fərman və maddi yardım təqdim olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: